This site uses cookies. Read our policy. ×

Ərizəçilər üçün məlumat

Avropa İnsan Hüquqları Məhkəməsində prosedur

Hər bir işin xüsusiyyətlərindən asılı olaraq, şikayət ərizələri Məhkəmənin aşağıdakı tərkiblərindən birinə təyin olunur:

  • tək hakim
  • Komitə
  • və ya Palata

Məhkəmədə işlərə baxılması

Məhkəməyə göndərdiyim şikayət ərizəsi

İşin vəziyyəti

İV - İşin vəziyyəti - axtarış sistemi hər bir kəsə şikayət ərizəsinə baxışın hansı mərhələdə olması barədə məlumat verir.

İşi axtar

Ərizə barədə cavabdeh hökumətə məlumat verilməsi

Kommunikasiya ərizə barədə cavabdeh hökumətə məlumat verilməsi deməkdir.

Daha sonra icraat iki ardıcıl mərhələyə ayrılaraq aparıla bilər. Barışıq mərhələsində tərəflər 12 həftəlik müddət ərzində işi dostcasına həll etmək imkanlarını araşdırmağa dəvət olunurlar. İş dostcasına həll edilməzsə, sonrakı icraat mərhələsində tərəflər yazılı şərhlərini bir-birilərinə bildirirlər.

Ərizə barədə cavabdeh Hökumətə məlumat verildikdən sonra – barışıq mərhələsi

Ərizə barədə cavabdeh Hökumətə məlumat verildikdən sonra – icraat mərhələsi

Ərizəyə baxılmanın iki mərhələyə ayrılaraq aparılması məqsədə uyğun deyilsə, işin dostcasına həlli məsələsinə və yazılı şərhlərin mübadiləsinə eyni zamanda baxılır.

Ərizə barədə cavabdeh Hökumətə məlumat verildikdən sonra – yalnız bir mərhələ

Barışıq mərhələsi barədə video

 

Barışıq mərhələsi barədə video

(yalnız ingilis dilində)

eComms - Məhkəmə ilə yazışmalar

eComms ərizəçilərin nümayəndələrinin Məhkəmə ilə elektron yazışmasına imkan yaradan vasitədir. Sənədlərin elektron qaydada göndərilməsinin və alınmasının bu metodu Məhkəmənin təşəbbüsü ilə yalnız kommunikasiya mərhələsində, yəni şikayət ərizəsi barədə cavabdeh Hökumətə məlumat verildikdə tətbiq edilə bilər.

eComms
Video