Information in Azerbaijani
Ərizə forması düzgün şəkildə necə doldurulmalıdır
Məhkəməyə müraciət etmək istəyirsinizsə, ərizənizin Məhkəmə Qaydalarının 47-ci qaydasında nəzərdə tutulmuş şərtlərə uyğun gəlib gəlmədiyini yoxlayın. 47-ci qaydada tələb olunan məlumat və sənədlər haqqında müddəalar öz əksini tapmışdır.
47-ci qaydanın 1 and 2 bəndlərində tələb olunan hər hansı bir məlumat və ya sənədlərin təqdim edilməməsi şikayətlərinizə Məhkəmə tərəfindən baxılmaması ilə nəticələnəcək. Sizdən ərizə formasının bütün bəndlərini doldurmaq tələb olunur.
Qayda 47 Məhkəmə prosesinin başlanması (ingilisdilli versiyası)
Düzgün şəkildə doldurulmuş ərizə formasına Məhkəmə tərəfindən baxılacaqdır; bu, ərizənizin qəbul edilən hesab olunmasına zəmanət vermir.
Məlumatların qorunması (yalnız ingilis dilində)
Məhkəməyə müraciət etmək
Ərizə formasını internet saytından yükləmək, doldurmaq, çap etmək və tələb olunan sənədlərlə birlikdə Məhkəməyə poçtla göndərmək lazımdır. Hər hansı digər bir formadan istifadə etmək olmaz.
Ərizə formasını düzgün şəkildə doldurmaq üçün aşağıdakı sənədləri nəzərdən keçirmək məsləhət görülür.
AİHM-də prosedur
Məhkəməyə şikayət ərizəsi ilə artıq müraciət etmiş şəxslər üçün məlumat və sənədlər
İşin vəziyyəti
İV - İşin vəziyyəti - axtarış sistemi hər bir kəsə şikayət ərizəsinə baxışın hansı mərhələdə olması barədə məlumat verir.
Faydalı sənədlər
Rəsmi mətnlər
Suallar və Cavablar
“Suallar və Cavablar” potensial ərizəçilərə məlumat verir.
AİHM-nə göndərdiyiniz ərizə
Bu kitabçada Məhkəmə tərəfindən ərizəyə baxılması prosedurunun müxtəlif mərhələləri izah olunur. Kitabça ərizəçilər tərəfindən verilə biləcək əsas suallara, xüsusən də ərizə Məhkəməyə göndərildikdən sonra verilən suallara cavab verir.
AİHM-nə göndərdiyiniz ərizə - Necə müraciət etməli və ərizəyə necə baxılacaqdır
Qəbuledilənlik şərtləri haqqında Təlimat

Qəbuledilənlik şərtləri haqqında Təlimat əsasən Məhkəməyə müxtəlif işlərlə bağlı müraciət etmək istəyən hüquqşünaslar üçün nəzərdə tutulmuşdur. Burada şikayət ərizəsindən tələb olunan qəbul edilənlik şərtlərindən bəhs edilir.
Şikayətlərə baxılma cədvəli
Bu cədvəldə Məhkəmənin müxtəlif tərkibləri tərəfindən işlərə baxılması mərhələləri göstərilmişdir.
Məhkəmə tərəfindən işlərə baxılmasının sadələşdirilmiş cədvəli
Ərizələrinin təqdim edilməsi barədə video
Bu video klipdə ərizə formasına Məhkəmə tərəfindən baxılması üçün ərizə formasının düzgün doldurulması qaydaları izah olunur. Bu videoda şikayət verilməsi üçün tələb olunan əsas şərtlər göstərilsə də, videodakı bəzi məlumatlar ən son istinad sənədlərinə uyğun olaraq yenidən yoxlanılmalıdır.
Video “Ərizə formasını düzgün şəkildə necə doldurmaq lazımdır?” (ingilisdilli versiyası)
Qəbuledilənlik şərtləri barədə video
Bu videoda Məhkəməyə müraciət etmək üçün tələb olunan əsas şərtlər öz əksini tapmışdır.
Qəbuledilənlik şərtləri barədə video (ingilisdilli versiyası) Digər dillər
Avropa İnsan Hüquqları Məhkəməsi haqqında film
Geniş auditoriya üçün nəzərdə tutulan bu film Məhkəmənin necə işlədiyini başa salır, onun qarşılaşdığı məsələlərdən bəhs edir və Məhkəmə təcrübəsindən misallar çəkməklə Məhkəmənin fəaliyyət sahəsinin genişlyini nümayiş etdirir.
Müvəqqəti məcburiyyət tədbirləri
Müvəqqəti məcburiyyət tədbirləri nədir?
Məhkəməyə şikayət ərizəsi daxil olarkən o, həmin şikayət ərizəsinə baxılan müddət ərzində Dövlətin müəyyən müvəqqəti məcburiyyət tədbirləri görməsi barədə qərar qəbul edə bilər. Bu adətən Dövləti nə isə etməkdən çəkindirməkdən, məsələn, şəxslərin ölüm və ya işgəncə ilə üzləşə biləcəyi ölkələrə qaytarılmaması kimi hallardan ibarətdir.
Müvəqqəti məcburiyyət tədbirləri barədə müraciətlər (Praktiki təlimat)
Müvəqqəti məcburiyyət tədbirləri
Müvəqqəti məcburiyyət tədbirləri barədə qərar Məhkəmə tərəfindən yalnız aydın şəkildə müəyyən edilmiş vəziyyətlərdə, xüsusilə də Konvensiyanın ciddi pozuntusunun baş verməsi təhlükəsi olduqda qəbul edilir.
Müvəqqəti məcburiyyət tədbirləri barədə edilən müraciətlərin böyük bir qismi əsassızdır və buna görə də rədd edilir.
Faydalı əlaqələr
Azərbaycan dilində bütün sənədlər
Müvəqqəti məcburiyyət tədbirləri barədə faktlar (ingilisdilli versiyası)
Müvəqqəti məcburiyyət tədbirləri barədə statistika (yalnız ingilis dilində)
Cavabdeh Hökumət tərəfindən qəbul edilən müvəqqəti məcburiyyət tədbirləri və təyinat ölkəsi (yalnız ingilis dilində)