Ərizə formasını necə təqdim etməliı

Ərizə forması

Ərizə formasını necə yükləməli

Ərizə forması

Bu forma yalnız Adobe Reader 9 proqramında və ya bu proqramın daha yuxarı versiyalarlda Windows və Mac OS X əməliyyat sistemlərində açılır. Adobe Reader proqramının kompyuterinizdə quraşdırılmasını təmin edin (proqramı www.adobe.com saytından yükləyə bilərsiniz).

1. Formanın surətini yaddaşda saxlayın

  • Yuxarıdakı linkə və ya ikona sağdan bas
  • “Aşağıdakı linkdəki faylı yükləyin” və ya “Linkdəki sənədi yaddaşda saxla” seçimlərindən birinə bas
  • Formanı kompyuterinizdə seçdiyiniz bölmədə yaddaşda saxlayın

2. Formanı doldurun

  • Seçdiyiniz bölmədə yaddaşda saxladığınız formanı Adobe Reader proqramında açın
  • Formanı doldurun və yaddaşda saxlayın
  • Formanı doldurduqdan sonra onu çap edin, imzalayın və Məhkəməyə poçtla göndərin

Ərizələrin göndərilməsi

Ərizələr Məhkəməyə poçtla aşağıdakı ünvana göndərilməlidir:

The Registrar
European Court of Human Rights
Council of Europe
F-67075 Strasbourg cedex


Nəzərinizə çatdırırıq ki, ərizənizin faksla göndərilməsi artıq altı-aylıq müddətin axınını dayandırmır.

Ərizə formasını necə doldurmalı

Məhkəmə tamamlanmamış iş qovluğuna baxmayacaqdır, buna görə də ərizə formasının bütün bəndlərini tam və dəqiq şəkildə doldurulması vacib şərtdir.

Ərizə formasının doldurulması qaydaları

Qruplaşdırılmış ərizələr

Ərizəçilərin sayı beşdən çoxdursa, nümayəndə, ərizə formaları və sənədlərdən əlavə, hər bir ərizəçinin lazımi məlumatlarını əks etdirən cədvəl təqdim etməlidir.

Qrup ərizələr və çoxsaylı ərızəçilər

Vəkalətnamə forması

Vəkalətnamə formasını necə yükləməli

Vəkalətnamə forması

Bu forma yalnız Adobe Reader 9 proqramında və ya bu proqramın daha yuxarı versiyalarlda Windows və Mac OS X əməliyyat sistemlərində açılır. Adobe Reader proqramının kompyuterinizdə quraşdırılmasını təmin edin (proqramı www.adobe.com saytından yükləyə bilərsiniz).

1. Formanın surətini yaddaşda saxlayın

  • Yuxarıdakı linkə və ya ikona sağdan bas
  • “Aşağıdakı linkdəki faylı yükləyin” və ya “Linkdəki sənədi yaddaşda saxla” seçimlərindən birinə bas
  • Formanı kompyuterinizdə seçdiyiniz bölmədə yaddaşda saxlayın

2. Formanı doldurun

  • Seçdiyiniz bölmədə yaddaşda saxladığınız formanı Adobe Reader proqramında açın
  • Formanı doldurun və yaddaşda saxlayın
  • Formanı doldurduqdan sonra onu çap edin, imzalayın və Məhkəməyə poçtla göndərin

Vəkalətnamə formasından nə zaman istifadə olunmalı

Bu vəkalətnamə forması yalnız ərizəçi ərizə formasını təqdim edərkən təmsil olunmamış olduğu və ya ərizəçi daha əvvəl Məhkəməyə göndərdiyi ərizə formasında göstərilmiş nümayəndəni dəyişmək istədiyi hallarda doldurulmalıdır.