Information in Azerbaijani

Human Rights Building

Məhkəmə Qaydalarının 47-ci qaydasına 1 yanvar 2016-cı il tarixində dəyişikliklər edilmişdir

Məhkəməyə müraciət etmək, eləcə də tam və düzgün şəkildə doldurulmuş ərizə forması təqdim etmək şərtlərini ifadə edən Məhkəmə Qaydalarının 47-ci qaydasına edilmiş dəyişikliklər 1 yanvar 2016-cı il tarixində qüvvəyə minmişdir. Bu kiçik dəyişikliklər Məhkəmənin 1 dekabr 2015-ci il tarixində dərc olunmuş mətbuat buraxılışında ətraflı şəkildə izah olunmuşdur.

Dəyişikliklərə uyğun olaraq ərizə forması və ərizə formasının doldurulması qaydaları daxil olmaqla bütün müvafiq sənədlər gündəmə gətirilmişdir. Ərizəçilər və onların nümayəndələri ərizə formasının cari versiyasından istifadə etməlidirlər. 1 yanvar 2014-cü ildən bəri mövcud olan və 1 yanvar 2016-cı il tarixindən əvvəl Məhkəməyə göndərilmiş köhnə ərizə formaları Qayda 47-nin tələblərinə uyğun olduqları halda hələ də qəbul olunacaqlar.

Press release (01/12/2015)

Ərizə forması düzgün şəkildə necə doldurulmalıdır

Məhkəməyə müraciət etmək istəyirsinizsə, ərizənizin Məhkəmə Qaydalarının 47-ci qaydasında nəzərdə tutulmuş şərtlərə uyğun gəlib gəlmədiyini yoxlayın. 47-ci qaydada tələb olunan məlumat və sənədlər haqqında müddəalar öz əksini tapmışdır.

47-ci qaydanın 1 and 2 bəndlərində tələb olunan hər hansı bir məlumat və ya sənədlərin təqdim edilməməsi şikayətlərinizə Məhkəmə tərəfindən baxılmaması ilə nəticələnəcək. Sizdən ərizə formasının bütün bəndlərini doldurmaq tələb olunur.

Qayda 47

Məhkəmə prosesinin başlanması (ingilisdilli versiyası)

Düzgün şəkildə doldurulmuş ərizə formasına Məhkəmə tərəfindən baxılacaqdır; bu, ərizənizin qəbul edilən hesab olunmasına zəmanət vermir.

Məhkəməyə müraciət etmək

Ərizə formasını internet saytından yükləmək, doldurmaq, çap etmək və tələb olunan sənədlərlə birlikdə Məhkəməyə poçtla göndərmək lazımdır. Hər hansı digər bir formadan istifadə etmək olmaz. Ərizə formasını düzgün şəkildə doldurmaq üçün aşağıdakı sənədləri nəzərdən keçirmək məsləhət görülür.

Məhkəmədən ərizə formasının kağız surətinin Sizə göndərilməsini xahiş etməyin; vaxt itkisinə yol verməmək və şikayətinizin Məhkəməyə vaxtında çatmasını təmin etmək məqsədi ilə ərizə formasını ozünüz çap edin.

Ərizə forması

Faydalı sənədlər

Suallar və Cavablar

“Suallar və Cavablar” potensial ərizəçilərə məlumat verir.

Suallar və Cavablar

AİHM-nə göndərdiyiniz ərizə

Bu kitabçada Məhkəmə tərəfindən ərizəyə baxılması prosedurunun müxtəlif mərhələləri izah olunur. Kitabça ərizəçilər tərəfindən verilə biləcək əsas suallara, xüsusən də ərizə Məhkəməyə göndərildikdən sonra verilən suallara cavab verir.

AİHM-nə göndərdiyiniz ərizə - Necə müraciət etməli və ərizəyə necə baxılacaqdır (ingilisdilli versiyası)

Şikayətlərə baxılma cədvəli

Bu cədvəldə Məhkəmənin müxtəlif tərkibləri tərəfindən işlərə baxılması mərhələləri göstərilmişdir.

Məhkəmə tərəfindən işlərə baxılmasının sadələşdirilmiş cədvəli

Qəbuledilənlik şərtləri haqqında Təlimat

Qəbuledilənlik şərtləri haqqında Təlimat əsasən Məhkəməyə müxtəlif işlərlə bağlı müraciət etmək istəyən hüquqşünaslar üçün nəzərdə tutulmuşdur. Burada şikayət ərizəsindən tələb olunan qəbul edilənlik şərtlərindən bəhs edilir.

Qəbuledilənlik şərtləri haqqında Təlimat

Ərizələrinin təqdim edilməsi barədə video

Bu video klipdə ərizə formasına Məhkəmə tərəfindən baxılması üçün ərizə formasının düzgün doldurulması qaydaları izah olunur. Bu videoda şikayət verilməsi üçün tələb olunan əsas şərtlər göstərilsə də, videodakı bəzi məlumatlar ən son istinad sənədlərinə uyğun olaraq yenidən yoxlanılmalıdır.

Video “Ərizə formasını düzgün şəkildə necə doldurmaq lazımdır?” (ingilisdilli versiyası)

Ərizə formasının doldurulması qaydaları

Digər dillər

Qəbuledilənlik şərtləri barədə video

Bu videoda Məhkəməyə müraciət etmək üçün tələb olunan əsas şərtlər öz əksini tapmışdır.

Qəbuledilənlik şərtləri barədə video (ingilisdilli versiyası)

Digər dillər

Müvəqqəti məcburiyyət tədbirləri

Praktik məlumatlar

Müvəqqəti məcburiyyət tədbirləri nədir?

Məhkəməyə şikayət ərizəsi daxil olarkən o, həmin şikayət ərizəsinə baxılan müddət ərzində Dövlətin müəyyən müvəqqəti məcburiyyət tədbirləri görməsi barədə qərar qəbul edə bilər. Bu adətən Dövləti nə isə etməkdən çəkindirməkdən, məsələn, şəxslərin ölüm və ya işgəncə ilə üzləşə biləcəyi ölkələrə qaytarılmaması kimi hallardan ibarətdir.

Müvəqqəti məcburiyyət tədbirləri barədə müraciətlər (Praktiki təlimat) (ingilisdilli versiyası)

Ümumi məlumat (ingilisdilli versiyası)

Müvəqqəti məcburiyyət tədbirləri barədə faktlar (ingilisdilli versiyası)

Məhkəmə ilə əlaqə:
Məhkəmə müvəqqəti məcburiyyət tədbirləri barədə müraciətləri göndərmək üçün xüsusi faks nömrəsi yaratmışdır: +33 (0)3 88 41 39 00

Müraciətlərin bu nömrədən istifadə edilmədən göndərilməsi müraciətinizin dərhal baxılmamış qalmasına səbəb ola bilər (xüsusilə də bayram günlərində). Bu səbəbdən, müvəqqəti məcburiyyət tədbirləri ilə bağlı bütün yazışmalar üçün yuxarıda göstərilən əlaqə nömrəsindən istifadə edin.

Faks və məktubların qəbul edildiyi vaxt:

  • Bazar ertəsindən Cümə gününə qədər saat 8.00-dən 4.00-ə dək*
  • Saat 4.00-dən sonra göndərilən müraciətlərə adətən həmin gün baxılmır. (Bayram günlərinin siyahısı)

Müraciətlər mümkün qədər ətraflı və yığcam şəkildə ifadə olunmalıdır. 10 səhifədən artıq olan faksların bir neçə hissədə göndərilməsi tövsiyyə olunur. Belə halda faksların alınması asanlaşır və onlara ən səmərəli şəkildə baxılır.

* Yerli vaxt (GMT + 1)

Məlumat və sənədlər müraciətə əlavə edilməlidir

Sənədin birinci səhifəsində qalın (bold) hərflərlə qeyd edin:

“Rule 39. Urgent”
Əlaqə saxlanacaq şəxs barədə məlumat (adı və əlaqə vasitələri):...

Deportasiya və ya ekstradiksiya hallarında aşağıdakılar göstərilməlidir:

Ölkədən xaric olunmanın gözlənildiyi tarix, vaxt və xaric olunduğu yer: ....

Müraciətinizi əsaslandırılmış, dəqiq və tam şəkildə ifadə etməlisiniz.
Müvəqqəti məcburiyyət tədbirləri barədə müraciətlər Məhkəməyə ərizəçinin razılığı ilə təqdim olunmalıdır; müraciətin düzgün şəkildə doldurulmuş ərizə forması ilə müşayiət olunması arzu olunandır. Müraciət ərizəçinin nümayəndəsi tərəfindən edilərsə, doldurulmuş vəkalətnamə forması dərhal və ya qısa zamanda, bir neçə gün ərzində göndərilməlidir.

Sənədə müraciətlə bağlı bütün qərarların, xüsusilə də yerli məhkəmə və digər orqanlar tərəfindən qəbul edilmiş qərarların surətlərini əlavə edin.

Məhkəməyə sübut kimi qəbul edilə biləcək hər hansı digər sənədlərin surətlərini əlavə edin.

Müraciətə əlavə edilən məlumat və sənədlər

Müvəqqəti məcburiyyət tədbirləri barədə müraciət təqdim edildikdən sonra, ərizəçi və ya ərizəçinin nümayəndəsi müraciətlə bağlı yeniliklər barədə məlumat verməlidirlər. Məsələn, ərizəçinin rəsmi statusu yaxud digər şərtlər (məsələn, ərizəçiyə müvəqqəti yaşayış icazəsi verilməsi və ya ərizəçinin vətəndaşı olduğu ölkəyə qayıtması) barədə dərhal Məhkəməyə məlumat vermək lazımdır. Ərizəçinin nümayəndəsi ərizəçi ilə əlaqəni itirdiyi halda, öz təşəbbüsü ilə bu barədə Məhkəməyə dərhal məlumat verməlidir.

Müvəqqəti məcburiyyət tədbirləri barədə qərar Məhkəmə tərəfindən yalnız aydın şəkildə müəyyən edilmiş vəziyyətlərdə, xüsusilə də Konvensiyanın ciddi pozuntusunun baş verməsi təhlükəsi olduqda qəbul edilir.

Müvəqqəti məcburiyyət tədbirləri barədə edilən müraciətlərin böyük bir qismi əsassızdır və buna görə də rədd edilir.